Accessibility links

Ebola ilə mübarizə səyləri tənqid edilir


Ümumdünya Səhiyyə Təşkilatı Qərbi Afrika ölkələrində Ebola ilə mübarizə səylərinin yavaş getdiyini etiraf edib.

Təşkilat artıq uzun zamandır Sərhədsiz Həkimlər Təşkilatı kimi qurumların yavaş cavab və virusun gücü ilə bağlı xəbərdarlıqlarıla ilə tənqidlərə məruz qalıb.

Ümumdünya Səhiyyə Təşkilatınının direktoru Marqaret Çan Ebolanı dünyanı bürüyən bir fəlakət adlandırıb. O deyib ki, xəstəliyin yayılması dünyaya bir xəbərdarlıqdır və gələcəkdə xəstəliklərə bu dərəcədə hazırlıqsız olmamalıyıq.

Qurum Ebolanın 8600 insan həyatı bahasına başa gəldiyini, Qvineya, Syerra Leone və Liberiyada 21.700 insanın virusa yoluxduğunu bildirir.

Bu öldürücü virusun 2014-cü ildə diaqnozunun müəyyən edilməsi 3 ay vaxt aparıb. Buna görə virusun yayılması ciddi problemlərə yol açıb.

BMT-nin Ebola üzrə xüsusi nümayəndəsi Devid Nabarro təşkilatın cevik mübarizəyə hazır olması və ictimai səhiyyə texnologiyasının inkişafının vacibliyini önə çəkib.

“İndiyədək əldə etdiyimiz təcrübə bizə nailiyyətli olmağımız üçün strateji, güclü və sürətli cavab imkanına malik olmağımızın vacibliyini göstərir.”

Ümumdünya Səhiyyə Təşkilatı milli və beynəlxalq səviyyədə təcili yardım səylərinin gücləndirilməsinə çağırır.

XS
SM
MD
LG