Accessibility links

Ebola virusunun tarixi [Video]


Ebolanın tarixi
please wait
Embed

No media source currently available

0:00 0:03:05 0:00

Ebolanın tarixi

Deyvid Heyman potensial ebola təhlükəsini ilk dəfə 1976-cı ildə Konqoda müşahidə etmişdi

Ebola virusu ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında yerləşən kiçik kənddə aşkar olunub. Bunu kəndə gəlmiş cəsur araşdırmaçı heyət kəşf etmişdi. Onların sırasında amerika-əsilli Deyvid Heyman var idi. Cənab Heyman hal-hazırda London Gigiyena və Tropik Təbabət Məktəbinin epidemiologiya professorudur.

Deyvid Heyman inkişaf etməkdə olan ebola təhlükəsini ilk dəfə 1976-cı ildə Konqoda daha sonra isə Zairdə müşahidə edib.

1976-cı ildə Ebola böyük təhlükə idi, çünki o zaman virusla bağlı heç nə bilinmirdi.

“Qorxu elə böyük idi ki, məni təcrid komandasının uniformalarını götürmək üçün NASA-ya yolladılar.”

Epidemiyanın episentri olan Yambuku kəndinə gəldikləri zaman Heyman və onun komandası ebola haqda çox az bilirdilər. Onlar virusa yerli çayın adını verdilər.

“1976-cı ildə Ebola böyük təhlükə idi, çünki o zaman virusla bağlı heç nə bilinmirdi. Sadəcə Ebolanın Marburq virusu ilə əlaqəsi ola biləcəyi məlum idi. İnsanlar və elm bu virus haqda azacıq məlumatlı idilər.”

Daha sonra alimlər meyvə yarasalarının Ebola virusunu daşıdığını və daha sonra insanlara keçirdiyini aşkar etdilər.

1996-cı ildə 18 ovçunun bir şimpanzeni öldürməsi nəticəsində Qabonda Ebola epidemiyası yayıldı. Onlar şimpanzeninin ətini doğradıqları zaman infeksiyaya yoluxmuşdular, və daha sonra ailə üzvlərini də yoluxdurdular. Lakin virus onlardan başqa heç kəsə yayılmadı.

Professor Heyman 2003-cü ildə Çində SARS virusu epidemiyasına qarşı qlobal səylərə başçılıq edib. Bu xəstəlik nəticəsində 700-dən artıq insan öldü, lakin daha sonra qarşısı alındı.

“Bu virus Asiyada inkişafda olan ölkələrə yayıldı, lakin beynəlxalq səylər nəticəsində orada qarşısı alındı. Bu virusa qarşı çox mütəşəkkil bir mübarizə gedirdi. Alimlər pərdəarxası işləyirdilər, və gündəlik məlumat mübadiləsi aparırdılar.”

Lakin Heyman bilidirir ki, Ebola virusuna qarşı mübarizə üçün erkən müraciətlər nəzərə alınmadı.

“Ebola hələ sadəcə kəndlərdə olanda, virusun qarşısını almaq üçün güclü səylər göstərilmədi. İndi isə virus artıq şəhərlərə keçib, və orada onun qarşısını almaq daha çətindir.”

Bu virus Asiyada inkişafda olan ölkələrə yayıldı, lakin beynəlxalq səylər nəticəsində orada qarşısı alındı

Qərbi Afrikada Ebola ilə bağlı aparılan maarifləndirmə kampaniyalarının virusun qarşısının alınmasına yadrım etdiyi bildirilir. Yeni dərmanlar daha sürətlə sınaqdan keçir. Professor Heyman bildirir ki, tədqiqatın digər sahəsinə üstünluk verilməlidir.

“İnsanları daxili elektrolit və kimyəvi maddə balanslarını qoruyaraq necə yaşatmaq olar ki, immun sistemi işə düşsün?

Ümümdünya Səhiyyə Təşkilatı bildirir ki, Qərbi Afrikada epidemiya başladığından 6 minə yaxın insanı öldürüb. Professor Heyman yeni ilin əvvəlinədək Ebola virusunun yayılmasının dayanacağına inanır.

XS
SM
MD
LG