Accessibility links

Ebolaya qarşı peyvənd tapılıb [Video]


Ebolaya qarşı yeni peyvənd tapılıb
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Nəhayət bir ildən çoxdur Qərbi Afrikanı sarsıdan Ebola epidemiyasına son qoyulacaq. Alimlərin dediyinə görə, yeni peyvənd o qədər effektivdir ki, Ebolanın bir də geri qayıtması mümkün olmayacaq.

Qərbi Afrikada yayılan Ebola uşaqlar, analar, atalar və tibb işçiləri olmaqla, 11 min insanın həyatına son qoyub. Heç kim bu təhlükəsən qoruna bilməzdi.

Epidemiya təhlükəsi o qədər ciddi idi ki, dünya dövlətləri bu epidemiya ilə mübarizə aparmaq üçün bir araya gəldi və tibb işçilərinə təlimlər keçməyə, hökumətlərə yardım etməyə başladı. Öz aralarında rəqabət aparan əczaçılıq şirkətləri bu xəstəliyin qarşısını alacaq dərman tapmaq üçün bir yerdə işləməyə başladı və nəhayət çox güclü təsiri olan peyvənd aşkar etdi.

“Apardığımız tədqiqatların nəticələrindən aytdın oldu ki, bu peyvənd xəstəliyin qarşısını 100 faiz alacaq” deyə, doktor Con Arne Rottergen bildirir.

Bu peyvənd özündə Qərbi Afrikadakı ölümcül Ebola virusunun və bu virusla əlaqəsi olmayan digər virusun zülalını birləşdirir. Nəticədə orqanizmdəki virus zəifləyir və xəstəliyə yol açmır. Amma bu, immun sisteminin cavabını təmin edir.

Doktor Con Arne Rottergen: “Biz yaxınlaşmaqda olan epidemiyanı izləməyə başladıq. Biz yeni xəstələr, onların əlaqələri və əlaqələrinin əlaqələrini, xəstələrin qruplarını, yüksək riskli xəstələri müəyyən etdik".

Virus ölümcül olduğu üçün alimlər Plasebodan istifadə etməyiblər. Onlar mümkün qədər çox insanın həyatını xilas etməyə çalışıblar. Peyvəndin tapılmasında Sərhədsiz Həkilmlər və Ümumdünya Səhiyyə Təşkilatı Qvineyada aparılan araşdırmalarda yaxından iştirak edib. Araşdırmanı Norveçin Xalq Təşkilatı aparıb, peyvəndi isə Merk şirkəti istehsal edib.

Ebolaya qarşı peyvəndin hələ lesenziyası yoxdur, buna vaxt lazımdır. Lakin Qərbi Afrikada Ebolanın qarşısının alınması üzrə araşdırmalar davam edir. Alimlər bir neçə aydan sonra xəstəliyin qarşısının tamamilə alınacağını deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG