Accessibility links

Afrika liderlər Ebola virusunun qarşısının alınması yollarını müzakirə edir


Qərbi Afrika ölkələrinin prezidentləri sürətlə yayılmaqda olan Ebola virusunun qarşısının alınması üçün 100 milyon dollar maliyyə vəsaiti tələbi ilə bu gün Ümumdünya Səhiyyə Təşkilatının başçısı ilə görüşür.

Qvineya, Syerra Leone, və Liberiya liderləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çenlə Qvineyanın paytaxtı Konarkidə görüşərək, yüzlərlə tibbi personalın bu işə cəlb edilməsi planını müzakirə edir. Bu plana həmçinin qonşu ölkələrdə də hazırlıq sisteminin artırılması daxildir.

Doktor Çan deyib ki, xəstəliyin sürətlə yayılması Ümumdünya Səhiyyə Təşkilatı və təsirə məruz qalan ölkələrin daha ciddi cavab verməsini tələb edir.

Liberiyada Ebola xəstələrinə yardım edən iki amerikalı həkim, Texasdan doktor Kent Brentli və Şimali Karolinadan missioner Nensi Vraytbol bu virusa tutulub.

Artıq Ebola virusundan ölənlərin sayının 800-ə yaxın olduğu deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG