Accessibility links

Ebola virusu ilə bağlı sərhəd-buraxılış məntəqələrində sanitariya-karantin nəzarəti gücləndirilib


Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir

Ebola virusuna qarşı tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycanın sərhəd-buraxılış məntəqələrində sanitariya-karantin nəzarəti gücləndirilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, son zamanlar bəzi ölkələrdə Ebola virusunun yayılması ilə əlaqədar dövlət sərhədinin buraxılış məntəqələrində çalışan əməkdaşlar üçün aidiyyəti dövlət orqanları ilə birgə xüsusi seminarlar keçirilib.

Ebola virusuna qarşı tədbirlərin gücləndirilməsi məqsədilə sərhəd buraxılış məntəqələrində əksepidemik və profilaktik, ərazilərin dezinfeksiya tədbirlərinin, o cümlədən sərhəddən keçən şəxslər üzərində tibbi müşahidənin və sorğu-sualın aparılması haqqında müvafiq işlər həyata keçirilib.

Görülən tədbirlər çərçivəsində insan bədəninin hərarətinin məsafədən ölçülməsinə imkan verən texniki vasitələrdən-termovizor kameralardan geniş istifadə olunur.

Bununla yanaşı, sərhəddən keçən şəxslərin Ebola virusu haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Sanitariya-karantin müfəttişliyi tərəfindən hazırlanmış “Diqqət! Ebola qızdırması” adlı yaddaş bukletlərinin də dövlət sərhədinin buraxılış məntəqələrində yerləşdirilməsi təmin edilib.

XS
SM
MD
LG