Accessibility links

Ebola-Yoxsulluğun bəlası [Video]


Ebola vurusunun qan və maye ilə yayıldığı məlumdur. Lakin ekspertlər bu bəlaya yoxsulluq və zəif idarəçiliyin də yol açdığını bildirir.

Qərbi Afrikada ebola ilə mübarizə məqsədi ilə xüsusi obyektlər inşa edilir. Xəstələr üçün çadırdan salınmış yaşayış yerləri tikilir.

Yerli xəstəxanaların əksəriyyətində ən adi avadanlıq belə yoxdur. Bu, Tulan universitetinin eksperti, doktor Daniel Buşun sözləridir.“Siera Leone və Liberiyada xəstəxanalarda “əlcək yoxdur, təmiz iynə yoxdur” sözlərini eşitmək qeyri-adi hal hesab edilmir.”

Kasad səhiyyə sistemini indi ebola ilə mübarizəni çıxılmaz vəziyyətə salıb. Doktor Buş bunun adi bir faktor olduğunu deyir. “Ebola və ya Marburq virusları daha çox səhiyyə sistemini təsirinə məruz qoyan sosial və siyasi iştişaşlar yaşanan bölgələrdə yayılır.”

Müharibədən sarsılmış Konqo Demokratik Respublikasında ebola virusu 6 dəfə müşahidə edilib. Vətəndaş müharibələri Sierra leone və Liberiyanın səhiyyə sistemini dağıdıb.

Qonşu Gvineyada çalışan doktor Buş diktatorların hakimiyyəti və korrupsiyanın yaratdığı yoxsulluğun bəlasına diqqət çəkir. “Bu müddət ərzində səlahiyyətsiz hökumət sistemi tamamilə məhv edib. Gvineyada ictimai səhiyyə bu kimi epidemiyaların yayılmasına şərait yaradır.”

Ebolanın yayıldığı bölgələrin sakinləri resurslara malik deyil. Onları risk qarşısında qoyan da məhz budur.

Kömür və əkinçilik üçün meşələr kəsilir. Yarasalar virusun açıq şəkildə yayılmasına şərait yaradır. “Meşələrin kəsilməsi ilə yarasalar açıqlığa çıxmağa məcbur edilir. Onlar meyvə axtarışına çıxır. Manqo ağaclarının meyvələri ilə qidalanan yarasalar insanlara daha yaxın olur və virusun yayılma imkanlarını artırır.”

Yoxsulluq isə insanları meşələrin dərinliyinə aparır, vəhşi heyvanların ətinə möhtac edir.

Doktor Ulyam Kareş. “Uqandada virus yayılıb. Amma səhiyyə sistemi, maarifləndirmə sisteminin inkişaf etdirilməsi ilə xəstəliyin yayılması tez bir zamanda nəzarət altına alınıb.”

Doktor Kareşin dediyinə görə, səhiyyə işçiləri laboratoriyalar, xəstəxanalar və xəstəliklərdən müdafiə də daxil edilməklə, gələcəkdə yarana bilən bu kimi poblemlərə daha hazırlıqlı olmalıdır. “Zəlzələlərin qarşısını ala bilmirik. Amma onların ziyanına məruz qalmamaq üçün ölçülər götürürük. Ebolaya da eyni şəkildə hazır olmalıyıq.”

Ekspertlər deyir ki, hökumətlərin təhsil və səhiyyə sistemini inkişaf etdirməsi daha az insan itkisinə yol aça bilər.

XS
SM
MD
LG