Accessibility links

Ebola virusuna yoluxan epidemioloq müalicə üçün Almaniyaya aparılıb


Ümumdünya Səhiyyə Təşkilatının Ebola virusuna yoluxan əməkdaşı müalicə üçün Almaniyaya aparılıb.

Seneqallı epidemioloq Sierra Lione respublikasında Ebola müayinə laboratoriyasında virusa yoluxub.

Virusa yoluxma halından sonra Ümumdünya Səhiyyə Təşkilatı Kalilahunda laboratoriyanın bağlandığını və işçilərin oradan uzaqlaşdırıldığını deyib.

Ebola virusu Afrika qitəsində mart ayından bəri 1400-dən çox insanın ölümünə, azı 2600 insanın isə xəstələnməsinə səbəb olub.

Virusun ən çox yayıldığı yerlər Sierra Lione, Qvineya və Liberiyadır.

XS
SM
MD
LG