Accessibility links

Ban Gi Mun: Ebola ilə mübarizə üçün dünya resurslarının mobilizasiyasina ehtiyac var


BMT-nin baş katibi Qərbi Afrika ölkələrində Ebola ilə mübarizə üçün dünyanın resurslarının mobilizasiyasina ehtiyac olduğunu bildirib.

Vaşinqtonda yerləşən Dünya Bankında Ebola ilə bağlı toplantıda çıxış edən Ban Gi Mun deyib ki, mobil laboratoriyalar, vertolyotlar, qoruyucu avadanlıq və təlimlərdən keçmiş xüsusi tibbi personalı və evakuasiya təchizatı ilə yardım səyləri gücləndirilməlidir.

Tədbirdə Ebolanın ən böyük təsirinə məruz qalan Qvineya, Liberiya və Syerra Leonenin dövlət və hökumət başçıları da iştirak edib.

Ebola virusunun simptomları müşahidə edilən avstraliyalı şəfqət bacısı tibbi müayinədən keçir. Bu arada beynəlxalq ictimayyət Ebola virusu ilə mübarizə səylərini davam etdirir.

Queensland ştatının yüksək vəzifəli səhiyyə işçisi Cenett Yonq deyib ki, Ebola virusuna yoluxmuş xəstəyə kömək edən 57 yaşlı qadın Syerra Leonedən döndükdən az sonra onda aşağı dərəcəli qızdırma müşahidə edilib.

Müayinənin nəticəsi sabah bəlli olacaq. Yonq deyib ki, qadının Ebolaya yoluxduğu müəyyən edilsə belə, virusun yayıldığına dair narahatlığa səbəb yoxdur.

Bu məlumat ABŞ-ın Texas ştatının Dallas şəhərində Ebola virusundan müalicə edilən ilk şəxsin vəfat etməsindən bir gün sonraya təsadüf edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG