Accessibility links

Obama ebola xəstəliyi ilə effektiv mübarizəyə çağırıb


Prezident Barak Obama ABÇ-ın tibbi sisteminin ebola xəstəliyi ilə mübarizəyə hazır olması üçün lazımi addımlar atmağa çağırıb.

ABŞ prezidenti Birləşmiş Ştatlarda ebola xəstəliyinə ilk yoluxma halı ilə əlaqədar Səhiyyə və Sosial Xidmətlər departamentinin başçısı Silviya Bürvelllə görüşüb.

Cənab Obama ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə Texas Presbiterian xəstəxanasında tibb bacısının virusa necə yoluxduğunu araşdırmağa çağırıb. Tibb bacısı Birləşmiş Ştatlarda ebola diaqnozu qoyulmuş və keçən həftə xəstəxənada ölmüş Tomas Dunkanı müalicə edən tibb işçiləri arasında idi.

Onun Dunkanla kontakt zamanı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin qaydalarına riayət etdiyi deyilir.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Tom Freyden deyib ki, tibb işçisinin ebola virusuna yoluxması protokolun pozulduğunu göstərir.

XS
SM
MD
LG