Accessibility links

Ebolaya qarşı mübarizə səyləri gücləndirilir


Beynəlxalq ictimaiyyət Qərbi Afrikadakı Ebola epidemiyasına qarşı mübarizəni gücləndirir, lakin BMT-nin bu virusun yayılmasının qarşısını alması üçün lazımı maddi vəsaiti toplaya bilmir. Epidemiya nəticəsində artıq 4500 insan dünyasını dəyişib.

Britaniya Krallığının hərbi dəniz güvvələri tibbi qrup və ekspertlərlə birgə cümə günü Sierra Leoneyə yola düşəcəklər. Bir gün öncə, ABŞ prezidenti Barak Obama Qərbi Afrikadakı epidemiyanın qarşını almaq üçün səy göstərən 4000-ə yaxın Amerika tibbi heyətinə yardım üçün əlavə hərbi güvvələrin göndərilməsini tapşırıb.

Ümümdünya Səhiyyə Təşkilatı cümə axşamı verdiyi açıqlamada bildirib ki, Fil Dişi Sahili və Malinin Ebola virusuna qarşı mübarizəyə hazır olub-olmadığını yoxlamaq üçün bu iki ölkəyə ekspert qrupları göndəriləcək. Təşkilat həmçinin bildirib ki, regionda riskə-meyilli əlavə 13 ölkə ilə də koordinasiya artırılacaq.

BMT-nin Baş katibi Ban ki-Mun Ebolaya qarşı mübarizəyə gərəkli olan ianə üçün yenidən müraciət edib.

BMT üzvləri dekabrın 1-dək Ebola virusunun yoluxma riskini azaltmaq üçün tələb olunan 1 milyard dolların yalnız 20 milyonunu ödəməyə vəd ediblər.

Ban ki-Mun bildirib ki, bu günədək sadəcə 100.000 dollar nağd pul ianə olunub, və bu vəsait yalnız bir ölkə - Kolumbiya tərəfindən ödənilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG