Accessibility links

Ebola xəstəliyinin yayılmasının qarşısı 4-6 ay ərzində alına bilər


Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin başçısı Qərbi Afrikada 4500 adamın ölümünə səbəb olmuş Ebola xəstəliyinin yayılmasının qarşısının 4 ayla 6 ay müddət ərzində alına biləcəyini deyib.

Çində açıqlama verən Elhadj As Sı bildirib ki, Ebola xəstəliyinə yoluxmuş insanlar təcrid edilib müalicə olunsa, eləcə də virus nəticəsində ölənlər düzgün şəkildə dəfn edilsə, epidemiyanın qarşısını almaq mümkün ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatı Ebola xəstəliyinin qarşısının alınması istiqamətində yeni inkişafları müzakirə etmək üçün təcili komitənin iclasını keçirir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə dəyişiklik edilib-edilməməsinin də müzakirələrə ediləcəyi iclasın iki gün sürəcəyi gözlənilir.

ABŞ-ın dərman şirkəri Johnson & Johnson Danimarkanın Bavarian Nordic tibb şirkəti ilə Ebola xəstəliyinə qarşı yanvar ayında ilkin testdən keçirilməsi mümkün olacaq peyvəndin hazırlanması üzərində işlədiyini bildirib. Johnson & Johnson şirkətinin bildirdiyinə görə, peyvənd iki ay müddətində fasilə ilə iki dozada verilə bilər.

Şirkət Ebola xəstəliyi ilə bağlı tədqiqatlara 200 milyon dollar sərf edildiyini və peyvəndin 2015-ci ilin ortalarına qədər geniş şəkildə kliniki testlərdən keçirilə biləcəyinə ümid bəslədiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı eksperimental vaksinin yanvar ayına qədər hazır olacağını bildirib.

XS
SM
MD
LG