Accessibility links

Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb


Azərbaycan milli azadlıq hərəkatının lideri və ilk demokratik prezident Əbülfəz Elçibəy
Azərbaycan milli azadlıq hərəkatının lideri və ilk demokratik prezident Əbülfəz Elçibəy

“Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimlini Elçibəyi zəhərləməkdə günahlandırır

Bakı şəhər Prokurorluğunda mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Amerikanın Səsi radiosuna bildiriblər ki, sabiq ölkə prezidenti Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə “Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb.
Araşdırma zamanı H.Hacıyev və başqaları Ə.Əliyevin ölümündən əvvəl zəhərləndirilməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumatı əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən töridilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər.
Toplanmış material üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, - deyə Baş Prokurorluğun mətbuat xidməti qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə “Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimlinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edib.
Müraciətdə deyilir ki, sabiq prezident Əbülfəz Elçibəy 1999-cu ilin oktyabrında xəstə yatarkən onu ziyarəti zaman müəyyən adamların yanında Hafiz Hacıyevə bildirib ki, onun vəzifəsini tutmağa can atan müavini Əli Kərimli iyunun 24-də ad günündə içkisinin içərisində ona zəhər verib.
AXCP sədri Əli Kərimli hələ ittihama cavab verməyib.
XS
SM
MD
LG