Accessibility links

Əbülfəz Elçibəyin zəhərlənməsi faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə dindirmələr davam edir


Əbülfəz Elçibəyin qəbirüstü abidəsi
Əbülfəz Elçibəyin qəbirüstü abidəsi

İstintaq orqanı indiyədək eks-prezidentin köməkçisini, onu müayinə etmiş həkimləri və digər şəxsləri dindirib

Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktı ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin iddiası ilə Bakı şəhər Prokurorluğunda avqustun 17-də Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam edir.
Turan Agentliyinə məlum olub ki, istintaq orqanı indiyədək Əbülfəz Elçibəyin köməkçisi olmuş Əli Mürsəloğlunu, həkim Məzahir Məmmədovu, hüquqşünas Adil Minbaşını, Elçibəyin evində yaşadığı Rafiq adlı şəxsi, eyni ilə də Elçibəyi müayinə etmiş Famil və Mir Sabit adlı həkimləri və digər bir neçə şəxsi dindirib.
Bununla yanaşı, Müasir Müsavat Partiyasının sədri Əbülfəz Elçibəyi zəhərləməkdə ittiham etdiyi Əli Kərimli, eləcədə eks-prezidentin yaxın silahdaşları İsa Qəmbər, Pənah Hüseyn indiyədək istintaqa dəvət edilməyib.
Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidməti Amerikanın Səsi radiosuna eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktı üzrə qaldırılmış cinayət işinin istintaqının davam etdiyini bildirib. Bununla yanaşı, mətbuat xidməti istintaqın təfərrüatları ilə bağlı hər-hansı açıqlama verilməsinin nəzərdə tutulmadığını bildirib.
XS
SM
MD
LG