Accessibility links

Əbülfəz Elçibəyin doğum günüdür [Video & Fotoqalereya]


Əbülfəz Elçibəyin doğum günüdür
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Əbülfəz Elçibəyin doğum günüdür

Xalq hərəkatının liderinin doğum günü məzarının önündə qeyd edilib

Bu gün Azərbaycan xalq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin doğum günüdür.

Elçibəyin silahdaşları, ideyalarının davamçıları, çoxsaylı ziyalı və ictimai xadimlər, siyasi partiya liderləri, ictimaiyyətin nümayəndələri liderin Fəxri Xiyabandakı məzarı başın toplaşıb. Onun xatirəsi anılıb, keçdiyi həyat və siyasi yoldan danışılıb, ideyalarının həyata keçiriləcəyi diqqət çatdırılıb.

Əbülfəz Elçibəy (Əliyev) 24 iyun 1938-ci ildə Naxçıvanın Ordubad rayonunun Kələki kəndində anadan olub. 1962-ci ildə Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. 1963-cü ilin yanvarında Misirə göndərilən Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.

1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim işləyib.

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı apardığına görə həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edilir.

Əbülfəz Elçibəy tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını yayıb. O, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib.

1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda Elçibəy onun rəhbərlərindən olub. O, Azərbaycan Xalq Cəbhəsi təsis ediləndən (iyul 1989) ömrünün sonunadək bu qurumun sədri olub.

AXC-nin gərgin mübarizəsi sayəsində 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edilib.
Əbülfəz Elçibəy 7 iyun 1992-ci ildə Azərbaycanda ilk dəfə demokratik yolla prezident seçilib. O ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda mühüm işlər görüb.

Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşdırılıb və doğma Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayaraq siyasi mübarizəsini davam etdirib.

1997-ci ilin 30 oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy yenidən Azərbaycan müxalifətinin liderinə çevrilib. Demokratik Konqresə sədr seçilib (1997), həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb.

Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə - 62 yaşında Türkiyənin Ankara şəhərində vəfat edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, Elçibəy Azərbaycanda Məmməd Əmin Rəsulzadə və Müsavat ideyalarını bərqərar edib. “Elçibəy Azərbaycan və türk tarixinin yaratdığı ən böyük şəxsiyyətlərdən biridir. O böyük demokrat, humanist insan idi. Elçibəy həyatını müstəqilliyə, azadlıqlara və demokratiyaya həsr etdi”, o qeyd edib.

İ.Qəmbərin fikrincə, bu gün Azərbaycan gəncliyi Rəsulzadə-Elçibbəy-Müsavatçılıq yolu ilə gedir. “İnanıram ki, millətimiz bu yolu davam edəcək, Rəsulzadə-Elçibəy-Müsavatçılıq yolunu gerçəkləşdirəcək”, Müsavat başqanı bildirib.

Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Əbülfəz Elçibəyin həyat yolu milli əxlaq nümunəsidir. “Onun keçdiyi yol millətə, dövlətə, milli ideallara xidmət etmək nümunəsidir. Elçibəy milli kimlik, istiqlal ideologiyasının formalaşmasında mühüm rol oynayıb”, Həsənli qeyd edib.

AXCP sədri Əli Kərimli bildirib ki, Azərbaycan yalnız iki böyük şəxsiyyətin - Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin ad və ölüm gününü heç bir siyasi iradə və administrativ resurs olmadan öz istəyi ilə qeyd edir. “Bu iki böyük şəxsiyyətin xidmətlərini heç kim mübahisələndirə bilməz. Əbülfəz Elçibəy kommunist rejiminin ağır zamanlarında antisovet təbliğatının, milli müstəqillik ideyasının əsasını qoyub. Azərbaycan xalqı onun liderliyi ilə müstəqilliyə qovuşub. O prezident olaraq sübut etdi ki, xalqın seçdiyi şəxs rüşvətsiz xalqa xidmət edir”.

Kərimli Elçibəyin məşhur sözlərini xatırlayıb: “Azərbaycana müstəqilliyi biz qazandırdıq, demokratiyanı da biz gətirəcəyik. Onun bu iddialı çağırışını onun ardıcılları həyata keçirəcək”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG