Accessibility links

Echopixel - Cərrahlara yardım edəcək yeni texnologiya [Video]


Xəstəliyin diaqnozlaşdırılmasından və cərahiyyə əməliyyatından əvvəl həkimlər virtual görüntülərdən istifadə edərək, fırlanan ürəyi və bağırsaqları görə bilər.

Bundan tibbdə gələcəkdə istifadə edilə bilər. Həkimlər CT filmlər və maqnit-rezonans virtual görüntülərin köməyi ilə insanın hər bir orqanını tam şəkildə görə biləcək. Əməliyyatdan əvvəl cərrahlar insan orqanlarını əyə və çevirə biləcək.

3D texnologiyası ilə Kaliforniyanın Silikon Vadisində hazırlanan Echopixel adlı bu cihaz xüsusi monitor və eynəkdən istifadə etməklə idarə edilir. Cihazı hazırlayanlar Echopixel-in 3D imiclərini iki ölçüdə göstərə bildiyini deyirlər.

“Bu, cərrah üçün olduqca faydalı bir cihaz olacaq. Bəzi cərrahlar orqanızmdə baş verənləri X-Ray, Ct, MRİ görüntüləri vasitəsilə müəyyən edir. Bu, onlara insan orqanızmində həqiqətən nələr baş veridyini göstərəcək” deyə, radioloq Lui Veksler bildirir.

Baş texnoloq Sercio Agirre: “Beləliklə, bu proqramdan istifadə edərək, bədən hissələri haqda dəqiq məlumat alınacaq. Bütün orqanlar üç formatda görünə biləcək.”

Echopixel həkimlərə insan həyatını qorumaqda, ürəyin hər dəqiqədə detallarını müəyyən etməkdə yardım edəcək. Bu cihazla cərrahlar yeni doğulmuş körpənin ürəyindəki qüsurları da aradan qaldıra biləcək. Zamanın pula bərabər olduğu bir vaxt bu cihaz prosedurlar üçün istifadə edilən vaxtı da azaldacaq.

XS
SM
MD
LG