Accessibility links

Prezident əcnəbilərin viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər barədə sərəncam imzalayıb


Viza

Viza

On gün müddətində xarici ölkələrdəki bütün səfirliklər və konsulluqların internet informasiya ehtiyatlarında elektron ərizə formaları və digər sənədlər yerləşdiriləcək

Azərbaycan prezidenti İlham Əliyev respublikaya gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident Nazirlər Kabinetinə tapşırır ki, Azərbaycana gələn turistlərə elektron vizaların verilməsi üçün elektron ərizə formasının, tələb olunan digər sənədlərin siyahısının, habelə viza rəsmiləşdirilməsi ilə əlaqədar zəruri məlumatların on gün müddətində xarici ölkələrdəki bütün səfirliklər və konsulluqların internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

Dövlət başçısı həmçinin Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinə tapşırıb ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və konsulluqları tərəfindən turistlərə elektron vizaların verilməsi işini qısa müddət ərzində təşkil etsinlər.

Prezident Administrasiyası sərəncamın icrasına ciddi nəzarəti həyata keçirəcək.
XS
SM
MD
LG