Accessibility links

İranda 11 nəfər edam edilib


Edam
Edam
İranın Əlborz vilayətində 11 nəfər edam edilib. APA agentliyinin məlumatına görə, edam edilənlərin onu kişi, biri qadındır.

Onlar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.
Xəbərdə bildirilir ki, 12 nəfər ölüm hökmünün icrası üçün Qızılhasar zindanının təkadamlıq kameralarına köçürülüblər.

Qadın məhbusun Vəramin şəhərinin Qərçək həbsxanasından gətirildiyi bildirilir. Onlardan 11-i noyabrın 26-da səhər saatlarında dara çəkilib, bir kişinin isə edam cəzası yerinə yetirilməyib və həmin məhbus həbsxananın ikinci bəndinə geri qaytarılıb. Məhbusların ad və soyadları açıqlanmayıb.

Məlumatda həmçinin vurğulanır ki, Qızılhasar həbsxanasının ikinci bəndində saxlanılan edam cəzasına məhkum edilmiş 1800 məhbus buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Onlar ittihamların yenidən araşdırılmasını və ölüm hökmünün ləğv edilməsini istəyirlər.

Bəzi məlumatlara görə, Qızılhasar həbsxanasının birinci və dördüncü bəndlərində də məhbuslar aclıq aksiyasına başlayıblar. Ancaq bu xəbər hələlik öz təsdiqini tapmayıb.
Qızılhasar həbsxanasında ümumilikdə 3000 nəfər edam olunacağı günü gözləyir.
XS
SM
MD
LG