Accessibility links

İran Azərbaycanında edamlar davam edir


İnsan haqları qruplarının yaydığı məlumata istinadən, son günlərdə İran Azərbaycanının Urmiyə və Zəncan şəhərləri həmçinin türklərin sıx yaşadığı Əlburz vilayətində qətl və narkotik qaçaqmalçılığında ittiham edilən 11 məhkum asılaraq edam edilib.

İranda insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyi qətl ittihamı ilə mühakimə edilimiş 6 məhbusun yanvarın 13-də Urmiyə Mərkəzi Zindanının həyətində asıldığını bildirib.

Yanvarında 11-də Zəncan şəhərində edam hökmünün icrasına dair məlumatı vilayətin ədliyyə idarəsinin veb səhifəsi nəşr edib.

Yayılan xəbərə görə, müharibə və soyğunçuluqda ittihamı edilən H.S. adlı məhkumun edam mərasimi Zəncan zindanında bir qrup əhali tərəfindən də izlənilib.

İran HRHRA qruplarının məlumatına istinadən, narkotik qaçaqçılığında ittiham edilən Seyid Həmid Hacıyan, Hüseyn Tutiyan-nuş, Mustafa Cəmşidi və Möhsün Nəsirinin edam hökmü Kərəc Mərkəzi Penitensiarında icra edilib.

Keçən bir ay ərzində İran Azərbaycanı və əhalisinin əksəriyyətinin türk olduğu digər bölgələr, o cümlədən Qəzvin vilayətində ən az 40 məhkum asılaraq edam olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG