Accessibility links

Edam Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib

İranın Əlborz vilayətində 9 nəfər edam edilib.

APA agentliyinin məlumatına görə, məhbuslardan yalnız biri istisna olmaqla digərlərinin nədə günahlandırılaraq dara çəkildikləri, həmçinin ad və soyadları barədə heç bir informasiya əldə etmək mümkün olmayıb.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 1-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib. İran mətbuatı və müvafiq dövlət qurumları bununla bağlı heç bir xəbər dərc etməyib. Sadəcə, həmin məhbusların İran hakimiyyətinə qarşı qatı müxalif mövqedə olan Xalq Mücahidlər Təşkilatına (İXMT) üzvlükdə, həmin qurumla yaxından əməkdaşlıq etməkdə, ona məxsus telekanala maliyyə yardımı göstərməkdə günahlandırılaraq dara çəkilmiş 49 yaşlı Qulamrza Xosrəvi Savadcani ilə birlikdə edam edildikləri məlum olub.
XS
SM
MD
LG