Accessibility links

Avropa ilə münasibətlərdə prioritetlər

  • Amerikanın səsi

Avropa ilə münasibətlərdə prioritetlər

Avropa ilə münasibətlərdə prioritetlər

Birləşmiş Ştatlar hökumətinin nəzərini əks etdirən baş məqalə

Bu yaxınlarda Konqresdə dinləmələr zamanı danışan ABŞ Dövlət katibinin yardımçısı Filip Qordon deyib: “1989-cu ildə Avropa Sovet İttifaqının dağılması ilə birdən-birə və ölçülməz dərəcədə dəyişdi. Bu gün Avropada demək olar ki tam mənada demokratiya və birlik mövcuddur və Avropa Amerikanın mühüm qlobal partnyorudur.”

Amerikanın mürəkkəb beynəlxalq problemləri həll etmək qabiliyyəti hərbi cəhətdən güclü, demokratik və çiçəklənən Avropa müttəfiqləri ilə iş birliyi sayəsində artmışdır. Dövlət katibinin yardımçısı Filip Qordon Avropa ilə münasibətlərdə üç prioriteti göstərib.

Birincisi, Avropa Əfqanıstanda müharibə və İranın nüvə proqramından tutmuş Liviyada əməliyyatlar və raketlərdən müdafiə sisteminə qədər əsas qlobal problemlərin həllinə kömək işində əvəzsizdir. “Qlobal məsələlərdə Avropa ilə qüvvələrimizi birləşdirəndə biz legitimlik, resurslar və ideyalar baxımından daha da güclü oluruq”-deyə Dövlət katibinin yardımçısı Filip Qordon bəyan edib.

İkincisi, Birləşmiş Ştatlar Avropa ilə Ukrayna, Belarus, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistan kimi Avropa Birliyinin Şərq Tərəfdaşlıq proqramında iştirak edən ölkələr də daxil olmaqla bütünlüklə qitədə sabitlik, təhlükəsizlik, tərəqqi və demokratiyanın yayılması istiqamətində birgə iş aparır.

Dövlət katibinin yardımçısı Filip Qordon daha sonra bildirib: “Birləşmiş Ştatlar və Avropanın Avropaya inteqrasiya prosesinə yardım göstərilməsi, eləcə də Mərkəzi və Şərqi Avropada yeni demokratik ölkələrin Avro-Atlantik məkana inteqrasiyası prosesinin möhkəmləndirilməsi və dəstəklənməsində fövqəladə uğuru bu işin perspektivini nümayiş etdirir. Lakin iş başa çatmayıb, bu səylər Balkan ölkələrində, Avropanın şərqində və Qafqaz ölkələrində davam edir.”

Üçüncüsü, Birləşmiş Ştatlar və Avropa Rusiya ilə münasibətlərin daha konstruktiv şəkildə qurulmasını istəyir. Birləşmiş Ştatlar və Rusiya strateji nüvə silahları və raket qurğularının məhdudlaşdırılması və onlara nəzarət edilməsi yolu ilə strateji sabitliyə nail olmaq üçün yeni START müqaviləsini əldə etdi.

Birləşmiş Ştatlar Əfqanıstanda səylərə yardım məqsədilə əsgərlərin və qeyri-hərbi materialların Rusiya ərazisindən tranziti haqda razılıq imzalayıb və Rusiya ilə İranın və Şimali Koreyanın nüvə proqramlarının dayandırılması üçün əməkdaşlığı təmin edib.

“Bizim məqsədimiz Rusiya ilə ümumi maraqlar olan yerdə əməkdaşlıq etməkdir. Rusiyada insan hüquqlarının vəziyyəti kimi, ya da Gürcüstanla bağlı narathatlığa səbəb olan məsələlərə gəldikdə, biz bu məsələləri qaldırmağa davam edəcəyik və vətəndaş cəmiyyəti ilə əlaqələri möhkəmləndirəcəyik”-deyə Dövlət katibinin yardımçısı Filip Qordon bildirib.

Filip Qordon çıxışını bu sözlərlə bitirib: “Mən əminəm ki, Birləşmiş Ştatlar və Avropa arasında son 60 ildə böyük nailiyyətlərin əldə olunmasına gətirib çıxarmış tərəfdaşlıq münasibətləri qarşıdan gələn on illər ərzində bundan da artıq uğurlar qazana biləcək.”

XS
SM
MD
LG