Accessibility links

ABŞ hökumətinin nəzərini əksetdirən baş məqalə


ABŞ dövlət katibi Hillari Klinton
ABŞ dövlət katibi Hillari Klinton

Dekabrın onunda Dünyada BMT-nin İnsan Hüquqları Günü qeyd olunur. BMT Baş Məclisi 1948-ci ildə bu gündə Universal İnsan Hüquqları Bəyannaməsini qəbul etdiyinə görə bəyannamənin qəbulunun qeyd olunması üçün bu gün seçilib. Bu sənəd, Dünya miqyasında insanların inkaredilməz hüquqlarını tanıyan ilk sənəddir. Bu il həmin günün qeyd olunmasında ayrı-seçkiliyə son qoymağa çalışan insan hüquqları müdafiyəçilərinin fəaliyyəti önə çəkilib.

İkinci Dünya Müharibəsinin dəhşətlərini yaşayandan sonra, 1945-ci ildə Birləşmiş Millətlətlər Təşkilatının yaranmasında iştirak edən ölkələr belə qəddarlıqlara bir daha yol verməməkdə qətiyyətlə hərəkət etmişdilər. Təsisindən üç il sonra BMT-nin Baş Məclisi Dünyada yeni cığıraçan Universal İnsan Hüquqları Bəyannaməsini qəbul etdi. Bu sənəddə qeyd olunurdu ki, insan hüquqları və insan ləyaqətinə hörmət “Dünyada azadlıq, ədalət və sülhün təməl daşıdır”. İnsan Hüquqları Günü birinci dəfə 1950-ci ildə qeyd edilib.

Ondan sonrakı onillikllərdə insan hüquqlarına üstünlük verilməsi, harda olursa olsun bu hüquqların pozulmasının qarşısında dayanılmasından əmin olmaq üçün saysız vasitələr və mexanizmlər yaradılıb. Ancaq dünyanın hər tərəfində ayrı-seçkiliyə son qoymaq üçün mübarizə aparanların fəaliyyətləri olmasaydı bu inkişafların heç biri baş verə bilməzdi.

Onlar öz icmaları daxilində bəzi vaxtlar təklikdə və bəzi hallarda isə qrup olaraq, ədalətli və effektiv qanunlar uğrunda kampaniya aparmaq, insan hüquqlarının pozulması hadisələrini araşdırmaq, pozuntular haqqında məlumat vermək və hüquqları pozulanları müdafiə yolu ilə ayrı-seçkiliyə son qoyulmasına çalışıblar . Çox vaxt həmin adamlar özləri və ailələrini ciddi risk qarşısında qoyaraq bu fəaliyyətləri həyata keçiriblər. Peşələri nə olur olsun, vəkil, jurnalist, həkim fərqi yox, hətda çox az təhsil almış olsalar ya da heç təhsilləri olmasa da onların bir müştərək cəhəti var ki, bu insan hüquqlarının müdafiəsi və inkişafının zəruriyyətinə olan inamdır.

ABŞ Dövlət Katibi Hillari Klintonun, Dövlət Departametinin 2009-cu il üçün hazırladığı İnsan hüquqlarının vəziyyəti barədə hesabatın təqdimatında dediyi kimi “ İnsan hüquqlarının zəmanət altına alınması üçün gördüyümüz işlərlə biz, həyata məna verən təcrübələri qorumağa, hər bir insanın Allahın verdiyi potensialını; hər bir insanın malik olduğu öyrənmək, kəşf etmək və onu əhatə edən dünyaya qucaq açmaq potensialını; hamının arzularının həyata keçməsi və öz ehtiyaclarını yerinə yetirə bilməsi üçün icmaları və ictimaiyyətləri formalaşdırmaq məqsədilə insanların azad şəkildə başqalarına qoşulma potensialını; həyatın gözəllikləri və faciələrini, gülüşləri və gözyaşlarını sevdiyi insanlarla bölüşmək potensialını müdafiə etmək uğrunda işləyirik.”

XS
SM
MD
LG