Accessibility links

Rusiya jurnalistlər üçün təhlükəli ölkə olaraq qalır. Jurnalistləri Müdafiə Komitəsinə əsasən, Rusiyada 2000-ci ildən başlayaraq 20 müxbir öldürülüb və vəzifə borcunu yerinə yetirən zaman başqa jurnalistlər döyülüb.

Sonuncu dəfə bu, “Novaya Qazeta”–nın müxbiri Yelena Milaşina döyülməsi olub. O, bu yaxınlarda Rusiyada federal narkotik maddələrin nəqli ilə mübarizə polisinin işi ilə bağlı təhqiqat aparmışdır. Milaşina həm də Şimali Qafqazda münaqişələrlə bağlı da çoxsaylı reportajlar hazırlamışdır. Aprelin 4-də Yelena Milaşina və Freedom House təşkilatının nümayəndəsi Ella Asoyan naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülmüşlər. Milaşina başından ciddi zədələnib və beyin silkələnməsi keçirib. Hücum Milaşinanın təhqiqatçı jurnalist kimi fəaliyyəti ilə əlaqədar ola bilər. Birləşmiş Ştatlar aprelin 14-də Moskva şəhər polisinin hücumla əlaqədar olaraq iki nəfəri həbs etdiyini razılıq hissi ilə qarşılayıb.

Jurnalistləri Müdafiə Komitəsinin bildirdiyinə görə, Rusiyada jurnalistlərə qarşı zorakı hücumlar və qətl hallarının üstü açılmamış qalır. Bununla belə, 2006-cı ildə Anna Politkovskayanın qəli ilə bağlı silahlı şəxslər və təşkilatçıların bu il mühakimə olunması müsbət hal kimi qarşılanır. Çeçenistan müharibəsilə bağlı tənqidi reportajları ilə tanınan “Novaya Qazeta”nın müxbiri olmuş Anna Politkovskaya Moskvada yaşadığı evinin qarşısında güllə ilə vurulub öldürülmüşdü.

Üstü açılmamış qətl hadisələrinə 2009-cu ildə Natalya Estemirovanın Çeçenistanda və “Forbes” jurnalının Rusiya nəşrinin redaktoru Pol Xlebnikovun Moskva qətli daxildir. Xlebnikov belə görünür, Çeçnistanda korrupsiya və insan hüquqlarının pozulması halları ilə bağlı təhqiqatlarına görə öldürülmüşdü. “Novaya Qazeta” və “Kavkazskiy Uzel” veb səhifəsində yazılar yazan, habelə Human Rights Watch və Rusiyada “Memorial” insan haqları qrupuna məlumatlar verən Estemirova Çeçenistan rəsmilərini işgəncə, insanların oğurlanması və qətllər halları ilə əlaqələndirmişdi.

Birləşmiş Ştatlar Rusiyada jurnalistlərə ölümlə nəticələnən hücumlar və məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılmaması ilə bağlı narahatlığını ifadə etmişdi. Jurnalistlər dünyanın hər yerində repressiyalara məruz qalmadan və qorxulmadan azad şəkildə məlumat vermək imkanına malik olmalıdır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG