Accessibility links

Ədliyyə Nazirliyi Penitensiar xidməti jurnalistlərə müraciət edib


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin binası

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin binası

Nazirlik hesab edir ki, bu cür qərəzli məlumatların yoxlanılmadan və dəqiqləşdirilmədən dərc edilməsi yolverilməzdir

Ədliyyə Nazirliyi Penitensiar xidməti jurnalistlərə müraciət edib.

Nazirliyin Penitensiar Xidmətinin mətbuat xidmətinin məlumatına görə müraciətdə deyilib ki, son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində xidmətin istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri barədə təsdiqini tapmamış və yoxlanılmamış məlumatlar dərc olunmaqdadır.

«Bu cür əsassız məlumatların rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayıldığı dəfələrlə bəyan edilib.

Subyektiv hisslərdən irəli gələn bu cür məlumatların yoxlanılmadan və aidiyyəti orqanlarla dəqiqləşdirilmədən yayılması ictimaiyyətdə təşviş və həyəcan yaratmağa yönəlib».

Qurum hesab edir ki , bu cür qərəzli məlumatların yoxlanılmadan və dəqiqləşdirilmədən dərc edilməsi yolverilməzdir, jurnalist etikasına və peşəkarlığa ziddir.

Dövlət sirrinin və hərbi məsələlərlə bağlı məlumatların yayılmasının qarşısının alınması ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən də təkliflər hazırlanıb və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim olunub.

XS
SM
MD
LG