Accessibility links

Milli Təhlükəsizlik Agentliyinin sabiq kontraktoru Ekvadordan sığınacaq istəyib


South China Morning Post qəzetinin yazdığına görə, Milli Təhlükəsizlik Agentliyinin sabiq kontraktoru Edvard Snouden Honq Konqu tərk edib.

Moskvaya yola düşən agentin Ekvadordan sığınacaq istədiyi bildirilir. Ekvadorun xarici işlər naziri Rikardo Patino Twitter-də hökumətin onun yazılı sığınacaq müraciətini aldığını bildirib.


Islandiyanın Daxili İşlər Nazirliyinin sözçüsü Amerikanın Səsinə bildirib ki, Snouden hələ rəsmən sığınacaq üçün müraciət etməyib və belə bir müraciəti yalnız ölkə daxilində etmək mümkündür.

Dünən Ağ Ev rəsmisi Amerikanın Hong Konqdan agentin ekstradisiyasını tələb etdiyini bildirib. Edvard Snouden Amerikanın məxfi məlumatlarının ötürülməsində ittiham edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG