Accessibility links

Rusiya rəsmisi deyib ki, prezident Putin Amerika kəşfiyyat agentliyinin kontraktoru Edvard Snouden yalnız ABŞ kəşfiyyatına aid gizli məlumatları yaymağı dayandırdığı təqdirdə Rusiyada qala biləcəyini deməsindən sonra o sığınacaq üçün Rusiyaya müraciət etmək fikrindən daşınıb.

Cənab Putinin sözçüsü Snoudenin Moskva hava limanı zonasında qalmaqda davam etdiyini təstiqləyib. O, səkkiz gün əvvəl ABŞ kəşfiyyat agentliyinə məxsus məxfi əməliyyat haqda məlumatı açıqladıqdan sonra Honq-Konqdan Rusiyaya gəlib.

Birləşmiş Ştatlar tərəfindən casusluqda ittiham edilən 30 yaşlı kəşfiyyat agentliyinin sabiq üzvü bir həftə davam edən sükutdan sonra Obama administrasiyasını sığınacaq almaq istədiyi ölkələrə təyziq göstərməkdə təqsirləndirib.

Snoudeni müdafiə edən Wikileaks onun adından 20 ölkəyə sığınacaq üçün müraciət etdiyini deyib.

Bu ölkələrin siyahısına Çin, Hindistan, Braziliya və bir neçə digər Avropa ölkəsi də daxildir. Avropa ölkələrinin sırasında Birləşmiş Ştatların müttəfiqləri də var.
XS
SM
MD
LG