Accessibility links

Eduard Şevardnadze:SSRI-nin süqutu qaçılmaz idi


Eduard Şevardnadze:SSRI-nin süqutu qaçılmaz idi

Eduard Şevardnadze:SSRI-nin süqutu qaçılmaz idi

Sovet İttifaqının süqutu ilə nəticələnən dövlət çevrilişi cəhdinin 20-ci ildönümü ərəfəsində “Amerikanın səsi” Gürcüstanın sabiq prezidenti, SSRİ-nin görkəmli siyasi xadimi və Mixail Qorbaçovun yenidənqurma və qlasnost siyasətlərini dəstəkləyən Eduard Şevardnadzedən 1991-ci ilin avqust hadisələri ilə bağlı xatirələrini bölüşməsini xahiş edib.

Sual-Dövlət çevrilişi xəbərini harada və necə öyrəndiniz, buna necə münasibət bildirdiniz?

Cavab- İlk öncə onu deyim ki, hələ 1990-cı ilin dekabr ayının 20-də deputatların qurultayında ictimaiyyət və rəhbərliyə təhlükə barədə xəbərdarlıq verdim. Bu, həyacanın yeganə siqnalı deyildi. Çevrilişə bir neçə gün qalmış Demokratik isahatlar hərəkatı şurası yığıncaq keçirmişdi. Peterburqdan Anatoli Sobçak da dəvət edilmişdi. Biz açıq şəkildə bildirdik ki, bu gün olmasa da, sabah “Ağ Ev” alınacaq. Hamı həyəcanlı idi. Yeltsinə də bu haqda məlumat verilmişdi. İclasdan bircə gün sonra şəhərdə tanklar Ağ Evə istiqamət almışdı. O vaxt mən dostlarımla evdə idim. Onlara yavaşca çıxacağımı söylədim. Xanımımı isə aldatmalı oldum. Çətinliklə oraya çatdım. Şəhər adamla dolu idi. Kimsə ” Şevardnadze də bizimlədir”-deyə qışqırdı. Bundan sonra ”Şevardnadze də bizimlədir” –deyə kütlə bağırmağa başladı. Mən Yeltsinin yanına kabinetə qalxaraq, ona dedim ki, yəqin siz Ağ Evin alınacağından xəbərdarsınız. O isə mənə Rusiya ərazidində olan sovet qüvvələrinin komandanlığının Rusiya prezidentinə verilməsinə dair fərman uzatdı və sənədi oxumağımı istədi. Oxuduqdan sonra soruşdu “Səncə bu sənədi imzalayımmı?”-“İmzala, çünki sabah gec ola bilər”- dedim. Boris Nikolayeviç sənədi imzaladı. Bu ona böyük hakimiyyət verdi. Belə ki, Yetlsin hərbi qüvvələrin baş komandanı oldu. Cevriliş cəhdində iştirak edənlər üzərində qələbə Yeltsinə böyük populyarlıq gətirdi. Təəssüflər olsun ki, ölkənin müqəddaratını həll edən həmin günlər tələfatsız olmadı.

Sual-Siz 1991-ci il cevrilişinin bir neçə təşkilatçısı ilə şəxsən tanış idiniz. Onlar arasında vətənpərvərlik hissi ilə bu əmələ əl atanlar var idimi və ya onlar yalnız hakimiyyət uğrunda mübarizə aparırdı?

Cavab-Ölülərin arxasından danışmaq istəməzdim. Bircə onu deyə bilərəm ki, çevriliş yaxşı hazırlanmışdı. Avqust hadisələrinə çoxdan hazırlıq gedirdi. Birdə onlar qəddar idilər. Bir misal gətirmək istəyirəm. SSRİ-nin xarici işlər naziri kimi Malta görüşü zamanı Ali Sovetin nümayəndələri tərəfindən daim açılanırdım. Təhlükəni hiss edirdim. Hətta yaşadığım evdə belə. Mənim ailəmlə yaşadığım mənzilim Fövqəadə Hallar üzrə Dövlət Komitəsinin gələcək rəhbəri Qennadi Yanayevə veriləcəkdi. Mənimlə eyni mərtəbədə Rəyasət Heyətinin üzvü Zaytsev, digər birotaqlı mənzildə isə Yanayev yaşayırdı. Mən onda siyasi durumumun nə dərəcədə həssas olduğunu başa düşdüm. Çevriliş cəhdi baş tutsaydı, məni aradan götürəcəkdilər. Sonradan bildim ki, mən onların siyahısında ikinci şəxsəm. “Bunu nə üçün edirdilər?” sualının cavabında deyərdim ki, bütün bunların vətənpərvərliklə heç bir əlaqəsi yoxdur. Bu, hakimiyyət uğrunda mübarizə idi. Onlar demokratik dəyişiklikləri qəbul edə bilmirdilər. Xüsusilə iki Almaniyanın birləşməsindən sonra. Amma nə etmək olar? Tarixin yolunu kəsmək mümkün deyil.

Sual-1991-ci ildə cevriliş cəhdi baş tutsa idi, indi Sovet İttifaqı mövcud olardımı?

Cavab-Onların məğlubiyyətinin bir necə səbəbi var. Amma əsas rolu cəmiyyətin bütün təbəqələrinin küçələrə çıxması oynadı. İnsanlar artıq keçmişdəki kimi yaşamaq istəmirdi.
Sual- Vladimir Putin SSRİ-nin süqutunun birbaşa cevriliş cəhdinin nəticəsi olduğunu deyir. Sovetlərin dağılması faktını siz nədə görürsünüz?

Cavab-Mən dəfələrlə demişəm, indi də təkrar edirəm: SSRI-nin dağılması qaçılmaz idi. Digər bütün imperiyalar kimi. Hətta sosialist imperiyası. Bu, bir növ qanunauyğunluqdur.



XS
SM
MD
LG