Accessibility links

Əfqanıstanda prezidentliyə rəqib namizədlər səlahiyyətlərin bölüşdürülməsinə razı olub


Əfqanıstanda prezidentliyə rəqib namizədlər iki aydan artıqdır bir-birini seçki pozuntularında ittiham etməsindən sonra hökumətin hakimiyyətin bölüşdürülməsi prinsipi əsasında qurulması haqda razılıq əldə edib.

Abdulla Abdulla və Əşrəf Qaninin müşavirləri onların razlığa gəldiyni təsdiq ediblər. Müşavirlərin sözlərinə görə, onlar hakimyyətdən gedən prezident Həmid Karzainin müşahidə ilə rəsmi razılığı bazar günü imzalayacaq.

Hər iki namizədin müşavirlərdən ibarət komandası hakimiyyətin bölüşdürülməsinə dair razılığın əldə edilməsi məqsədilə şənbə günü BMT-nin nümayəndələri ilə görüş keçirib.

Tərəflərdən heç biri razılığın nədən ibarət olduğu haqda məlumat verməyib. Lakin müzakirələrin diqqət mərkəzində prezident və yeni yaradılacaq icra hakimiyyəti başçısının ofisi arasında səlahiyyətlərin bölünməsi məsələsinin olduğu bildirilir.

XS
SM
MD
LG