Accessibility links

Bu gün Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə Taliban yaraqlıları arasında Qəndəhar aeroportu yaxınlığındakı hərbi kompleks uğrunda döyüşlər davam edib.

Döyüşlər çərşənbə axşamı Talibanın kompleksə bomba hücumundan və yaxınlıqdakı məktəb binasını ələ keçirməsindən sonra başlayıb. Döyüşlər zamanı azı 9 nəfərin öldüyü deyilir.

Regional bölmə komandiri, general Davud Şah Vəfadar Amerikanın Səsinə yaraqlıların hədəfinin onun özünün olduğunu deyib.

Amerikanın Səsinə verdiyi məlumatda isə Taliban bildirib ki, intiharçı hücumu zamanı təhlükəsizlik qüvvələrinin onlarla əsgəri öldürülüb və yaralanıb. Lakin Taliban adəti üzrə öldürülənlərin sayı barədə şişirdilmış məlumat verir.

Əfqanıstan rəsmilərinin verdiyi digər xəbərində isə ölkənin qərbində,Talibanın baş qərargahının yerləşdiyi Herat şəhərində qəbilə fraksiyaları arasında baş verən qarşıdurma zamanı onlarla insanın öldüyü deyilir.


XS
SM
MD
LG