Accessibility links

İsrail prezidenti Tel-Əviv nümayişlərinə dair mövqeyini bildirib


İsrail prezidenti Reuven Rivlin deyib ki, Efiopia yəhudilərinin irqçilik və polis zorakılığına qarşı etirazları həll edilməsi vacib olan məsələdir.

Prezident minlərlə insanın Tel-Əvivin mərkəzində yürüş keçirərək maqistral yolunu bağlamas və polislə qarşıdurmalardan bir gün sonra çıxış edib.

Yürüş zamanı bəzi etirazçılar qollarını çarpazlayaraq qandallı olduğu görüntüsü nümayiş etdirib.

Nümayişçilər ölkənin mərkəzi yollarından biri olan Ayalon ekspres yolunun qarşısını kəsərək böyük tıxac yaradıb. Bundan sonra atlı polis nümayişçiləri evakuasiya etməyə məcbur olub.

İsrail mətbuatı bir neçə nümayişçinin həbs edildiyini və həm polis, həm də nümayişçilər arasında xəsarət alanların olduğunu bildirib.

Bazargünkü nümayişlər ötən çərşənbə axşamı Qüdsdə zorakılıqla nəticələnən etiraz aksiyasından sonra keçirilib.

Çərşənbə günü keçirilən nümayişlərə isə uniforma geyinmiş efiopialı yəhudi əsgərin polis tərəfindən döyülməsini nümayiş etdirən videonun yayılması səbəb olmuşdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG