Accessibility links

Efiopiyanın baş naziri Meles Zenavinin dəfn mərasiminə minlərlə insan toplaşıb. 20 ildən artıq ölkəyə rəhbərlik edən 57 yaşlı Zenavi Belçikada ötən ay vəfat edib.

Paytaxt Addis Ababada təşkil edilən mərasim iştirakçıları arasında Afrika ölkələrinin liderləri yer alıb.

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma Afrikanın qitənin şərəfli oğullarından birini itirdiyini deyib.

ABŞ-ın BMT-dəki səfiri Suzan Rays Meles Zenavini qeyri-adi dünya görüşlü nadir bir lider adlandırıb.

Bundan əvvəl BMT-nin baş katibi Ban Ki Mun demişdi ki, Zenavi Efiopiyanın inkişaf edən iqtisadiyyatında müstəsna rəhbərliyinə görə daim yaddaşlarda qalacaq.

ABŞ prezidenti Barak Obama onun Efiopiyanın inkişafı və yoxsullara yardım səylərini təqdirəlayiq adlandırmışdı.
XS
SM
MD
LG