Accessibility links

Efiopiyada 50 nəfər həlak olub


Men run from tear gas fired by police during an anti-slavery demonstration to demand the liberation of imprisoned abolitionist leader Biram Ould Abeid in Nouakchott, May 26, 2012.

Men run from tear gas fired by police during an anti-slavery demonstration to demand the liberation of imprisoned abolitionist leader Biram Ould Abeid in Nouakchott, May 26, 2012.

Efiopiyanın Oromiya regionunda polis dini festivalda hökumət əleyhdarı nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və xəbərdarlıq atəşləri açıb. İnsident nəticəsində onlarla insanın həlak olduğu bildirilir.

Yayılan məlumatlarda deyilir ki, gözyaşardıcı qaz təşvişə səbəb olub və nəticədə yaranan basabasda 50-dən çox insan həlak olub.

Dəqiq rəqəm bildirmədən hökumət bir neçə şəxsin həlak olmasına dair məlumat yayıb. Bəyanatda deyilir ki, Oromo icmasının yağış mövsümünün başa çatmasını qeyd edən ənənəvi festivalda xaotik səhnə nəticəsində onlarla insan da yaralanıb.

Əddis Əbabədən 40 kilometr cənubdakı Bişoftu şəhərində Harsadi gölünün sahilinə toplaşan minlərlə insan İrriça festivalını qeyd edib. İnsanlar arasından bəziləri "Bizə azadlıq lazımdır" və "Bizə ədalət lazımdır" şüarları səsləndirməyə və üsyançı qrup bayraqları dalğalandırmağa başlayıb.

Artıq son iki ildə Oromiyada oxşar nümayişlər baş verməkdədir.

2015-ci ildə polislə qarşıdurma nəticəsində çoxsaylı insan həlak olmuşdu.

İqtisadi artıma baxmayaraq ölkədən son zamanlar xüsusi siyasi azadlıqlara görə narazılıqlar və gərginliklər artmaqdadır.

XS
SM
MD
LG