Accessibility links

Efiopiyada parlament seçkiləri keçirilib


Bu, ölkədə 2005-ci ildən bəri keçirilən ilk səsvermədir

2005-ci ildə etirazlara və qanlı zorakılıqlara səbəb olan mübahisəli seçkilərdən sonra bu gün Efiopiyada parlament seçkiləri keçirilib. Şahidlərin sözlərinə görə, dinc şəraitdə keçən seçkilərdə seçici fəallığı yüksək olub. Seçkilərdə hakim EPRDF koalisiyasının böyük üstünlüklə qələbə qazanacağı gözlənilir. Bununla belə, əsas müxalif koalisiya olan Merdekin liderləri deyir ki, ölkə boyu onların müşahidəçiləri səsvermə məntəqələrinə buraxılmayıb. Hökumət bu ittihamları rədd edir. Gərgin seçki kampaniyası zamanı Merdek EPRDF koalisiyasını rəqiblərini alçaltmaqda və onlara hədə-qorxu gəlməyə çalışmaqda ittiham edib. Tərəflər bir-birini iki adamı qətlə yetirməkdə günahlandırır.

XS
SM
MD
LG