Accessibility links

Dünya liderləri Efiopiyanın baş nazirinə son ehtiramlarını bildirir


Dünya liderləri 20 il hakimiyyətdə olan və bazar ertəsi vəfat edən Efiopiyanın baş naziri Meles Zenaviyə son ehtiramlarını bildirir.

BMT-nin rəhbəri Ban Ki Mun deyib ki, cənab Meles inkişaf edən iqtisadiyyatında müstəsna rəhbərliyinə görə daim yaddaşlarda qalacaq.

ABŞ prezidenti Barak Obama cənab Melesi Efiopiyanın inkişafı və yoxsullara yardım səylərini təqdirəlayiq adlandırıb.

57 yaşlı lider Belçikada xəstəxanada keçinib. Efiopiya rəsmiləri onun uzun müddət əziyyət çəkdiyi infeksion xəstəlikdən vəfat etdiyini deyib.

Baş nazirin cəsədi dünən təyyarə ilə Brüsseldən paytaxt Addis Ababaya aparılıb.

Efiopiyalılar liderlərinin ölüm xəbərini kədərlə qarşılayıb.
XS
SM
MD
LG