Accessibility links

Vəkil Əfqan Məmmədov: Prokurorun həbs istəməsi tamamilə əsassızıdır [Video]


Vəkil Əfqan Məmmədov: Prokurorun həbs istəməsi tamamilə əsassızıdır
please wait

No media source currently available

0:00 0:03:06 0:00

A father's day card sits among flowers left for the victims of the Grenfell apartment tower fire in North Kensington, London.

Prokuror Leyla Yunusa 11, Arif Yunusa 9 il həbs istəyib

Arif Yunusa prokurorun 9 il həbs istəməsi tamamilə əsassızdır. Bunu A.Yunusun vəkili Əfqan Məmmədov prokuror Fərid Nağıyevin bugünkü çıxışını Amerikanın Səsinə şərh edərkən bildirib.

Onun fikrincə, dövlət ittihamçısı yekun çıxışında yeni heç nə deməyib, istintaqın dediklərini təkrarlayıb.

Prokuror A.Yunusun cinayətinin nədən ibarət olduğunu açıqlamayıb. Belə ki, onu dələduzluqda ittiham edərkən istintaq cinayət obyektini açıqlamayıb – A.Yunus kimin vəsaitini mənimsəyib, kimin etibarından sui-istifadə edərək onu aldadıb?

İttihamın bütün mahiyyəti ondan ibarət olub ki, A.Yunus pullarını özünün bir hesabından başqa bir hesabına köçürüb.

Digər bir cinayət isə odur ki, A.Yunusun xaricdə yaşayan qardaşları onun mənzil alması üçün pul verib. “Bunun nəyi cinayətdir?” vəkil qeyd edib.

O deyib ki, 24 şahidin heç biri A.Yunusun əleyhinə ifadə verməyib.

Öz növbəsində L.Yunusun vəkili Ramiz Məmmədov prokurorun çıxışı ilə razı olmadığını bildirib.

Müdafiə tərəfi yekun sözdə öz fikrini bildirəcək. Onun sözlərinə görə, müdafiə tərəfi yekun çıxışın hazırlanması üçün 10 gün vaxt istəyib, lakin məhkəmə cəmi 3 gün vaxt verib.

Müttəhimlərin vəkilləri onların bəraət almasına nail olmaq niyyətindədir.

Xatırladaq ki, bu gün prokuror L.Yunusun 11, A.Yunusun 9 il azadlıqdan məhrum edilməsini istəyib.

XS
SM
MD
LG