Accessibility links

Cəlilabadda jurnalistin məhkəməsi təxirə salınıb


Əfqan Sadıqov
Əfqan Sadıqov

Cəlilabad rayon Məhkəsində (Bakıdan 211 kilometr cənub) jurnalist Əfqan Sadıqovun cinayət işi üzrə noyabrın 30-na təyin olunmuş iclas təxirə salınıb.

Proses vəkil Elçin Sadıqovun xahişi ilə onun iş materialları ilə tanış olması məqsədilə təxirə salınıb. İclas dekabr 1-də keçirləcək.

Vəkil Amerikanın Səsinə bildirib ki, journalist peşə fəaliyyətinə görə, xüsusən rayondakı qanunsuzluq faktlarını ictimailəşdirdiyinə görə həbs olunduğunu deyib və özünü təqsirli bilmir.

Azel.tv saytının təsisçisi və redaktoru A.Sadıqov noyabrın 22-də saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Söhbət avqustda rayon icra hakimiyyətinin binasında baş vermiş insidentdən gedir. Həmin vaxt dəhlizdə bir qadın ona yumruqla hücum edib, polis dərhal insidenti sağlamlığa ziyan vurma kimi protokollaşdırıb.

İstintaq hesab edir ki, qadının - Aliyə Rzayevanın guya beyni silkələnib.

“O, "Ekologiya" adlı bir qəzetin jurnalisti kimi təqdim edilir. Baxmayaraq ki, iş materiallarından zərərçəkmişin latın əlifbası ilə oxuyub-yaza bilmədiyi görünür”, vəkil qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG