Accessibility links

Əfqanıstanda İŞİD Taliban döyüşçülərinin başını kəsib


Bu gün ABŞ-a məxsus olduğu ehtimal edilən pilotsuz təyyarənin Əfqanıstanın şərqində həyata keçirdiyi hava hücumu nəticəsində İŞİD terror qruplaşmasının 17 üzvü öldürülüb. Hadisə ekstemist qrupun həmin ərazidə 7 nəfərin başını kəsməsindən sonra baş verib.

Bu qəddar zorakılıq Pakistanla sərhəddəqi Nənqahar vilayətinin ucqar Açin bölgəsində həyata keçirilib. Bu bölgədə İŞİD-in güclü baza qurmağa çalışdığı bildirilir.

Vilayətin qubernatorunun sözçüsü Ataullah Xoqyani Amerikanın Səsinə açıqlamasında bildirib ki, İŞİD-in başını kəsdiyi şəxslərindən altısı Taliban yaraqlısı olub. O əlavə edib ki, edamın həyata keçirilməsi ilə hava hücumu eyni vaxta təsadüf edib və nəticəsə 17 İŞİD döyüşçüsü öldürülüb. Onlar arasında bir neçə mühüm komandir də olub.

Mənbələrin Amerikanın Səsinə verdiyi məlumata görə, edam bu gün Cümə namazından dərhal sonra həyata keçrilib. Öldürülənlər arasında Əfqanıstan Milli Ordusunun üzvlərinin olduğu da deyilir. Ancaq Xoqyani bu məlumatı təsdiq etməyib.

Taliban bu həftə Açin ətrafında iki rayonda İŞİD bazalarına qarşı hücuma başlayıb. Yerli rəsmilər deyir ki, qarşıdurma nəticəsində onlarla rəqib döyüşçü öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG