Accessibility links

Əfqanıstanda amerikalı jurnalist öldürülüb


Bazar günü Əfqanıstanın cənubi Helmand əyalətində Əfqanıstan ordu bölməsi ilə səfər edərkən hücuma məruz qalan amerikalı jurnalist və onun əfqan tərcüməçisi öldürülüb.

ABŞ-da fəaliyət göstərən Milli İctimai Radio (NPR) öldürülən fotojurnalisti Deyvid Gilki, tərcüməçini isə Zabihullah Tammana olduqlarını müəyyən edib. Konvoyda olan digər iki jurnalist isə xəsarət almayıb.

Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb, hərbi bölmənin həcmi və ya başqa ölənlərin olub-olmadığı hələ də müəyyən deyil.

Pekində səfərdə olan ABŞ dövlət katibi Con Kerri bəyanatında bildirib ki, “bu hücüm Əfqanıstan xalqının üzləşməyə davam etdiyi təhlükə və jurnalistlərin cəsarətini xatırladır.”

NPR-ın vebsaytında 50 yaşlı Gilki mükafat qazanmış fotoqraf və 11 sentyabr ABŞ-a qarşı hücumdan sonra müşayiət edilmədən Əfqanıstana səfər edən jurnalistlərdən biri kimi qələmə verilib.

Gilki həmçinin 2008-2009-cu illərdə Qəzza müharibəsi kimi tanınan İsrail və Həmas arasındakı münaqişəni, habelə 2010-cu ildə Haitidə baş verən dəhşətli zəlzələni işıqlandırıb.

Bazar günü ABŞ-da qəragahlanan Jurnalistlərin Müdafiə Komitəsi başsağlığı bəyanatında bildirib ki, ictimai diqqətin azalmasına baxmayaraq, “Əfqanıstan uzun sürən münaqişəni işıqlandırmağa çalışan yerli və xarici jurnalistlər üçün təhlükəli yer olaraq qalır.”


Bəyanatda Əl-Qaidənin Birləşmiş Ştatlara hücumuna cavab olaraq ABŞ-ın 2001-ci ilin oktyabrında Əfqanıstana hərbi müdaxiləsindən bəri Gilki və Zabihullah Tammanadan əlavə 24 jurnalist və bir media işçisinin öldürülüdüyü qeyd edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG