Accessibility links

Rəsmi səfər zamanı Əfqanıstan və Azərbaycan arasında bir neçə sazişin imzalanması gözlənilir

Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 22-də Azərbaycana səfər edəcək.

Əfqanıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə səfər bir gün davam edəcək.

Prezidenti səfərdə xarici işlər naziri, maliyyə naziri, milli təhlükəsizlik müşaviri, ticarət və sənaye naziri, əmək və sosial təhlükəsizlik naziri və digər yüksək rütbəli nümayəndələri müşayiət edəcək.

Rəsmi səfər zamanı Əfqanıstan və Azərbaycan arasında bir neçə sazişin imzalanması gözlənilir.

XS
SM
MD
LG