Accessibility links

Əfqanıstanda bomba partlayışında 7 nəfər həyatını itirib


Əfqanıstan rəsmiləri ölkənin şərqində yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində yeddi mülki vətəndaşın öldüyünü, iki nəfərin yaralandığını bildirib. Hücum İslam Dövləti qrupunun militantlarının eyni regionda seminariyanın 13 müəllimini oğurlamasından bir neçə saat əvvəl törədilib.

Əfqanıstanın Daxili işlər nazirliyi bomba hücumunun Pakistanlə sərhəddə yerləşən Nangarhar vilayətinin Barguli kəndində baş verdiyini bildirib.

Nazirlik insan ölümülə nəticələnmiş zorakılığı pisləyərək, bunun Əfqanıstanda "sülhə və sabitliyə düşmənlər tərəfindən" törədildiyini bildirib və hadisəyə görə məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılmasına söz verib.

Hökumət əleyhdarı olan Taliban qüvvələrinin üsyançı fəaliyyətlərinə səhnə olan regionda bombanın kim tərəfindən yerləşdirildiyi məlum deyil.

İŞİD qrupu ilə əlaqəsi olan ekstremistlər Nangarharın bəzi ucqar yerlərində baza qurub. Əfqanıstan və Amerika rəsmilərinin bildirdiyinə görə, ekstermistlər müntəzəm olaraq mülki əhaliyə qarşı vəhşiliklər törədir.

Pakistanda Taliban militantlarının hərbi əməlilyyatlardan qaçaraq, Əfqanıstanda İŞİD sıralarına qoşulduğu bildirilir.

Nangarhar vilayətinin rəsmiləri Amerikanın Səsinə İŞİD militantlarının bazar günü səhər Deh Bala rayonunda dini seminariyaya hücum edərək 13 müəllimi naməlum istiqamətdə apardıqlarını təsdiq edib.

İnsident İŞİD ekstremistlərinin qonşu rayonda əhalini yerlərini tərk etməyə məcbur etmək məqsədilə 70-dən çoxu evi yandırmasından iki gün sonraya təsadüf edir. Əfqanıstan rəsmiləri İŞİD ekstremistlərinin insanları yaşadıqların yerlərindən çıxararaq, həmin ərazidə əvvəlki bazalarını bərpa etmək istədiyini bildirib.

XS
SM
MD
LG