Accessibility links

Əfqanıstanda bomba partlayışı zamanı 18 nəfər həyatını itirib



Əfqanıstan rəsmiləri ölkənin şərq bölgəsində yol kənarında yerləşdirilmiş bomba partlayışı zamanı 18 mülki şəxsin öldüyünü bildirib. Ölənlərin çoxu qadınlardır.

Partlayışı Qəzni vilayətinin Əndər rayounda səhər tezdən bir kənddən o biri kəndə gedən avtobusun bombaya dəydiyi vaxt baş verib.

Hadisə zamanı 14 qadın, üç kişi və bir uşaq həyatını itirb. Avtobusda olan daha beç qadın yaralanıb. Polisin verdiyi məlumata görə, onlardan ikisinin vəziyyəti ağırdır.

BMT-nin verdiyi məlumata əsasən, bu ilin ilk altı ayı ərznidə Əfqanıstanda 1319 mülki vətəndaş həlak olub, 2533 adam yaralanıb. Ölüm hallarının çoxu yol kənarında yerləşdirilmiş bomba hücumları ilə əlaqədardır.
XS
SM
MD
LG