Accessibility links

Əfqanıstan rəsmiləri bildirib ki, ABŞ-ın İslam Dövləti qrupunun hədəflərinə qarşı atdığı "bütün bombaların anası" adlanan bombadan itifadə etməsi nəticəsində ölənlərin sayı üç dəfə artıqdır.

Rəsmilər bombanın partlaması nəticəsində cümə günü elan edildiyi kimi 36 deyil, 92 yaraqlının qətlə yetirildiyini bildirib.

Ölənlər arasında mülki vətəndaşlar və ya hərbi personalın olduğuna işarə yoxdur.

Əfqanıstan prezidenti Əşrəf Qani Əfqanıstan və ABŞ hərbi qüvvələrinin bomba hücumu koordinasiyalaşdırdığını deyib.

Əfqanıstanda İslam Dövləti qrupunun hədəflərinə qarşı istifadə edilmiş GBU-43 tipli “Bütün Bombaların Anası” adlanan qeyri-nüvə bombası

Əfqanıstanda İslam Dövləti qrupunun hədəflərinə qarşı istifadə edilmiş GBU-43 tipli “Bütün Bombaların Anası” adlanan qeyri-nüvə bombası

Lakin onun sələfi hücumu və Birləşmiş Ştatları qınayıb. Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai deyib ki, o, ABŞ-ın Əfqanıstan torpağına "bütün bombaların anası" adlanan bomba atmasına görə Amerika hərbi qüvvələrininölkədən çıxarılması üçün kampaniyaya başlayır. Karzai bomba hücumu "vəhşilik aktı" adlandıraraq, bunun İslam Dövləti qrupunun yaraqlarının hədəf alınmasından daha çox "yeni kütləvi qırğın silahlarının" sınaqdan çıxarılması məqsədi daşıdığını deyib.

"Mən fərdi şəxs olarq Amerikanı Əfqanıstandan çıxarmağa məcbur etmək qərarına gəlmişəm. Mənə kiminsə qoşulub-qoşulmamasından asılı olmaycaq, mən Amerikanın əfqanlara qarşı qəddarlıqlarının qarşısını almaq qərarı vermişəm. Onlar təkcə bizim insanlarımızı öldürmür, həm də ətraf mühiti məhv edir və bizim ləyaqətimizə hörmət etmir"-deyə Karzai Kabildə toplantıda bildirib.

Karzainin tənqdiləri Əfqanıstanın Pakistandakı səfiri Ömər Zaxilvalın tənqidləri ilə üst-üstə düşür. O, Tvitter səhifəsində mesajında yazıb: Mən bizim torpağımızda "bütün bombaların anası" adlanan qeyri-nüvə silahının işlədilməsini qınayıram və bunun qeyri-produktiv olduğunu düşünürəm. Əgər böyük bombalar həll yolu olsaydı, biz bu gün dünyada ən təhlükəsiz bir yer olardıq".

ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandiri general Con Nikolson

ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandiri general Con Nikolson

Əfqanıstanın prezident idarəsi bu tənqidlərə Tvitter səhifəsində cavab verərək bildirib: "Hər bir əfqanın öz fikrini bildirmək hüququ var. Bura söz azadlığının mövcud olduğu ölkədir."

Əfqanıstanın Təhlükəsizlik İslahatları naziri Əmrulla Saleh də hücumları müdafiə edib.

ABŞ hərbi qüvvələri öz arsenalındakı ən qüdrətli qeyri-nüvə bombasından Əfqanıstanda İŞİD-in yeraltı kompleksinin məhv edilməsi məqsədilə cümə axşamı istifadə edib.

İslam Dövləti qrupunun Əfqanıstanın şimal-şərq Nanqarhar vilayətindəki tunel kompleksinə cümə axşamı atılan 10 tondan çox ağırlıqdakı GBU-43 markalı bombanın adı "Mother of All Bombs" - “Bütün Bombaların Anası”-dır.

ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandiri general Con Nikolson hücumun Əfqanıstan rəsmiləri ilə koordinasiya edildiyini bildirib.
Birləşmiş Ştatlar prezidenti Donald Tramp İslam Dövləti ekstremistlərinə qarşı havadan edilən hərbi əməliyyatın keçirilməsi üçün orduya tam səlahiyyət verildiyini deyib.


Fikirləriniz

Show comments

XS
SM
MD
LG