Accessibility links

Taliban Əfqanıstanda həbsxanaya hücum edərək məhbusları azad edib


Afghanistan

Afghanistan

Hücum zamanı yeddi təhlükəsizlik işçisi, beş yaraqlı öldürülüb

Taliban yaraqlıları Əfqanıstanın şərqində həbsxanaya hücum edərək yüzlərlə məhbusu azad ediblər.

“Təxminən səhər saat 2 radələrində Qəzni həbsxanasına hücum baş verib. Planlarının uğurla başa çatması üçün terrorçular şəhərin digər yerlərində də hücumlar həyata keçiriblər,” deyə Qəzni əyalətinin qubernatorunun müavini bildirib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin Kabildə yaydığı bəyanatda yeddi təhlükəsizlik işçisinin öldürüldüyü, yeddisinin isə yaralandığı bildirilib. Bəyanatda həmçinin beş yaraqlının öldürüldüyü də xəbər verilir.

Əfqanıstan rəsmiləri deyir ki, həbsxana kompleksində cəmi 436 məhbus olub və onlardan 355-i hücum zamanı qaçıb. Hökümət qaçan məhbuslardan 148-nin “milli təhlükəsizliyə” hədə olduqlarını bildirir.

Müxbirlərə elektron məktubla göndərilən bəyanatda Taliban sözçüsü Zabihullah Mücahid hücuma görə məsuliyyəti öz üzərilərinə götürüb və həbsxananın Əfqanıstanın kəşfiyyat agentliyi tərəfindən idarə olunduğunu və Taliban döyüşçüləri də daxil olmaqla digər məhbuslara qarşı pis rəftar olunduğunu iddia edib.

Daha öncə 2008-ci ilin iyun ayında həmin həbsxanaya digər bir hücum zamanı tüfənglər və minomyotlarla silahlanmış Taliban döyüşçülərindən ibarət bir qrup 1200 məhbusu azad etmişdi.

XS
SM
MD
LG