Accessibility links

ABŞ: Əfqanıstanda əldə edilmiş inkişaflar təhlükə altına alına bilər


Əfqanıstan təhlükəsizlik qüvvələri Helmənd vilayətində Taliban döyüşçülərinə qarşı hərbi əməliyyata hazırlaşır.
Əfqanıstan təhlükəsizlik qüvvələri Helmənd vilayətində Taliban döyüşçülərinə qarşı hərbi əməliyyata hazırlaşır.

Əfqanıstan təhlükəsizlik qüvvələri sıralarında 2016-cı ilin 8 ayı ərzində Talibanla mübarizədə zərər və itkilər 15 min nəfər təşkil edir. Bunların 5523 nəfəri öldürülüb. Bu məlumatı ABŞ federal hökumətinin monitorinq agentliyi açıqlayıb.

Agentlik həmçinin xəbərdarlıq edib ki, Əfqanıstanda beynəlxalq ictimaiyyətin köməyi ilə əldə edilmiş inkişaflar təhlükə altına alına bilər.

Əfqanıstanın bərpası üzrə baş inspektorun ofisinin illik hesabatında deyilir ki, bu il döyüşlər nəticəsində Əfqanıstan hökuməti ərazilərin 2,2 faizinə nəzarəti itirib.

Əfqanıstan milli müdafiə və təhlükəsizlik qüvvələrində risklərin idarə olunması sistemi mövcud deyil. Buna görə də onlar strateji müvəffəqiyyətsizliyin qarşısının alınması üçün ABŞ qüvvələrinə arxalanmalıdır.
ABŞ hökumətinin hesabatı

"Əfqanıstanın 407 rayonundan 258-i hökumətin nəzarəti, ya da təsiri altındadır, 33 rayon isə ya üsyançı qüvvələrin nəzarəti, ya da onların təsiri altındıdar. 116 rayon uğrunda döyüşlər davam edir"-deyə hesabatda qeyd edilir.

2015-ci il yanvarın 1-dən 2016-cı il avqustun 19-a qədər Əfqanıstan milli müdafiə və təhlükəsizlik qüvvələrinin (ƏMMTQ) personalının öz həmkarlarına qarşı törətdiyi 101 hücum qeydə alınıb. Bu hücumlar nəticəsində 257 nəfər öldürülüb, 125 nəfər yaralanıb.

"ƏMMTQ-də risklərin idarə olunması sistemi mövcud deyil. Buna görə də onlar strateji müvəffəqiyyətsizliyin qarşısının alınması üçün ABŞ qüvvələrinə arxalanmalıdır"-deyə hesabatda bildirilir.

Əfqan oğlan Tailban tərəfindən öldürülmüş qohumunun tabutu qarşısında
Əfqan oğlan Tailban tərəfindən öldürülmüş qohumunun tabutu qarşısında

Taliban avqust ayından bəri döyüşləri və hücumları intensivləşdirib və bu ay ölkənin şimalında Qunduz və cənubda Helmənd vilayətinin paytaxtını ələ keçirməyə yaxınlaşıb.

Taliban döyüşçülərinin bu iki şəhərə və başqa vilayətlərin paytaxtlarına hücumları davam etdirməsi Əfqanıstan qüvvələrinin böyük itkilər verməsilə nəticələnir.

BMT-nin verdiyi məlumata əsasən, Əfqanıstanda münaqişə nəticəsində mülki vətəndaşlar arasında itkilər 8 min nəfər təşkil edir. Buraya 2016-cı ilin 9 ayı ərzində 2500 ölüm halı da daxildir.

Birləşmiş Ştatların Taliban rejimini devirməsindən 15 il sonra Əfqanıstan qadınlar üçün dünyada ən pis yerlərdən biri olaraq qalır.
ABŞ hökumətinin hesabatı

Baş inspektorun ofisinin bildirdiyinə görə, ABŞ Əfqanıstanda qadınların vəziyyətinin yaxşılaşdırılması nəqsədilə 1 miyard dollar məbləğində vəsait ayırmağa söz verib. Lakin qadınlara bərabər təhsil hüquqlarının verilməsi və onların siyasi rəhbərlikdə bərabər təmsil olunmasına yönəlmiş səylərə dəstək 2006-cı ildən sonra azalıb.

"Birləşmiş Ştatların Taliban rejimini devirməsindən 15 il sonra Əfqanıstan qadınlar üçün dünyada ən pis yerlərdən biri olaraq qalır"-deyə hesabatda qeyd edilir.

Yardım almış əfqan qadınlar
Yardım almış əfqan qadınlar

Hesabatda deyilir ki, yoxsulluq, işsizlik, natamam məşğulluq, zorakılıq, əhalinin ölkəni tərk etməsi, daxili yerdəyişmələr və təhsildə gender bərabərsizliyi kimi hallar artdığı halda, xidmət səviyyəsi və özəl investisiyaların həcmi azalıb.

Sənəddə qeyd edilir ki, 2016-cı ilin ilk altı ayı ərzində 85 min Əfqanıstan vətəndaşı Avropa İttifaqı ölkələrində sığınacaq almaq üçün müraciət edib. Bu ilin aprel və iyun ayları arasında müddət ərzində sığınacaq haqda müraciətlərin sayı 2015-ci illə müqayisədə 83 faiz artıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG