Accessibility links

Əfqanistanın şimalında baş verən zəlzələnin təsiri paytaxt Kabildə güclü hiss olunub. Pakistan və Hindistanda da yeraltı təkanların hiss olunduğu bildirilir.

Əfqanistan rəsmiləri deyib ki, Əfqanıstan və Pakistanda birlikdə 100-dən çox insan zəlzələ nəticəsində dünyasını dəyişib. Pakistanda yaralananların sayının daha çox olduğu bildirilir.

ABŞ Geoloji Mərkəzi bildirib ki, 7.5 bal gücündə zəlzələnin episentri Əfqanistanın Hindiquş dağları olub və dərinliyi 196 km-ə çatıb.

Pakistanın ordu komandiri general Rahil Şərif hərbi qüvvələri və vertalyotları dərhal əraziyə göndərərək onları xilasetmə işlərinə cəlb edib.

Jurnalistlər bildirib ki, Hindistanın paytaxtı Dehlidə binaların silkələnməsi nəticəsində işçilər küçələrə axışıb.

XS
SM
MD
LG