Accessibility links

Əfqanıstanın şərq bölgəsinin rəsmilərinin verdiyi məlumata görə, regionda baş vermiş intiharçı hücumu nəticəsində 13 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Nənqahar vilayət hökumətinin sözçüsü bildirib ki, intiharçı bombanı bu gün səhər Cəlalabadda şəhər şurasının nüfuzlu üzvü Obaydulla Şinvarinin yaşadığı ərazidə işə salıb. Partlayış nəticəsində Şirvarinin xəsarət almadığı bildirilir.

Yerli medianın verdiyi məlumata görə, partlayış qəbilə ağsaqqallarının toplantısı zamanı baş verib. Belə ki, onlar Şinvarinin evinə toplaşaraq 9 ay Talibanın girovluğunda qalmış Şinvarinin qardaşı Saminullahı salamlayırlarmış. Məlumatda deyilir ki, Şinvarinin atası Malik Osman partlayış nəticəsində müxəlif bədən xəsarətləri alıb.

Taliban hücumu həyata keçirmədiyini bildirib.

Şinvarinin yaşadığı massiv keçən həftə 7 nəfərin həyatına son qoyan bomba və silahlı hücumun qeydə alındığı Pakistan konsulluğunun yaxınlığındadır. Əvvəlki hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG