Accessibility links

Əfqanıstanda həbs edilmiş tacik İŞİD-ə cəlb olunmasından danışır


Əfqanıstanda İŞİD döyüşçüləri
Əfqanıstanda İŞİD döyüşçüləri

İŞİD-in militantlığı və səfərbərlik imkanları ilə bərabər Tacikistan-Əfqanıstan sərhədi boyunca gərginliklər artdıqca, Əfqanıstan rəsmiləri cümə axşamı video açıqlayıblar. Videoda tacik militant İŞİD-ə qoşulmasını nəql edir.

Nəsrətullah adlı Düşənbədən olan tacik vətəndaş bu yaxınlarda İŞİD-ə qoşulub. Əfqanıstan rəsmiləri onun ölkənin Taxar vilayətində həbs olunduğunu bildirir. Amerikanın Səsi videonun xalisliyini və məzmununu dəqiqləşdirə bilməyib.

Rusiyada internet vasitəsilə Əfqanıstanda fəaliyyət göstərən İŞİD liderini tanıdım. O, məni cihada dəvət etdi və mən onu qəbul etdim.
Nəsrətullah, tacik militant

“Mən yerli təhlükəsizlik rəhbərinin məni həbs etdiyi Taxara gəldim," deyə Nəsrətullah Əfqanıstan Milli Təhlükəsizlik Direktoratının açıqladığı videoda söyləyir.

Nəsrətullah İŞİD-ə sosial media vasitəsilə cəlb olunduğunu deyir.

“Mən bir il və iki ay Rusiyada idim və orada işləyirdim. Orada internet vasitəsilə Əfqanıstanda fəaliyyət göstərən İŞİD liderini tanıdım. O, məni cihada dəvət etdi və mən onu qəbul etdim."

Nəsrətullahın sözlərinə görə İŞİD lideri onda 20,000 rus rublu həcmində pul göndərdi və o, Azərbaycandan keçərək İran vasitəsilə Əfqanıstanada daxil oldu. “Onlar mənə söylədilər ki, Kabilə hava yolu ilə gəlim,” deyə o, bildirir.

Kabildə onu qarşılayan militantlar Kunduz vilayətinə aparmış, oradan isə Nəsrətullah Taxara gəlmişdir.

Kəşfiyyat məlumatlarına görə, ölkədə hazırda 2,000-3,000 arasında İŞİD militantı var.

Əfqanıstan rəsmiləri bu yaxınlarda Bağlan vilayətində gedən döyüşlərdə biri tacik olmaqla iki xarici militantın öldürüldüyünü xəbər veriblər.

ABŞ Dövlət Katibi Con Kerri Özbəkistanda beş Orta Asiya respublikalarının rəsmiləri ilə təhlükəsizliyi müzakirə edir.
ABŞ Dövlət Katibi Con Kerri Özbəkistanda beş Orta Asiya respublikalarının rəsmiləri ilə təhlükəsizliyi müzakirə edir.

Ötən ay BBC-yə danışan Əfqanıstanın milli təhlükəsizlik müşaviri Məhəmməd Hanif Atmar deyib ki, şərqi Əfqanıstanda döyüşən İŞİD militantlarının 80-90 faizi xaricdən gələnlərdir. Bunların çoxu Pakistanın payına düşür.

Döyüşlərin episentri Zabul vilayətidir. Bazar günün İŞİD-in özbək döyüşçüləri bir ay öncə Ğəzni vilayətindən oğurladıqları 7 əfqan vətəndaşını burada öldürüblər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov Əfqanıstan yuva salmış militantların orta Asiyaya coiddi təhlükə törədtidklərini deyibş

ABŞ Dövlət Katibi Con Kerri ötən ay 5 Orta Asiya respublikasına səfər edərək orada təhlükəsizlik məsələsini yerli rəsmilərlə müzakirə edib.

Müəllif: Nur Zahid

XS
SM
MD
LG