Accessibility links

Müdafiə qrupunun apardığı araşdırmada deyilir ki, Əfqanıstandakı lapis lazuli mədəni münaqişə, korrupsiya və ekstremizmə səbəb olur.

Global Witness qrupunun hesabatında Taliban və digər silahlı qrupların lapis mədənlərindən illik 20 milyon dollar gəlir əldə etdikləri bildirilir.

Göy rəngli bu qiymətli daşlar ənənəvi olaraq Əfqanıstanın ən sabit yerlərindən olan Bədəxşan regionundakı mədənlərdən çıxarılır.

Global Witness əfqan lapis lazuli daşının “münaqişə materialı” kimi təsnifləşdirilməsiə çağırır. Bu addım isə höküməti mədənləri və daşın ticarətinə nəzarət etməyə vadar edə bilər.

2015-ci ildə Əfqanıstanın Milli Təhlükəsizlik Şurası lapis mədənçiliyini qadağan edib və Kabildə bu daşın əldə olunacağı rəsmi satış yerinin təsis olunacağını bildirib. Ancaq bu tədbirlər görülməyib və mədənçilik davam etdirilib.

XS
SM
MD
LG