Accessibility links

Əfqanıstanda NATO qüvvələrinin üzvü həlak olub


Əfqanıstanda NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri ölkənin şərqində Nanqarhar vilayətində alyans və Əfqanıstan qüvvələrinin birgə hərbi bazasında intiharçı bomba hücumu nəticəsində bir əsgərin həlak olduğunu bildirib.

NATO beynəlxalq qüvvələrin həlak olmuş üzvünün hansı ölkədən olduğu barədə məlumatı açıqlamayıb.

Rəsmilər şənbə günü intiharçı hücumunun ardınca üsyançıların Nangarharın Ğani Xail bölgəsində hərbi bazaya hücumu zamanı beş üsyançının qətlə yetirildiyini bildiriblər.

Hücuma görə məsuliyyəti Taliban qüvvələri öz üzərinə götürüb.

Əfqan yaraqlıları bu il xarici qüvvələrin Əfqanıstandan çıxmağa hazırlaşdığı bir zaman ölkə ərazisini ələ keçirməyə çalışır.

Əfqanıstanda Taliban qüvvələri həmçinin NATO-nin Kabildə bazası yaxınlığında şənbə günü hücumun məsuliyyətini də öz üzərinə götürüb. NATO partlayış nəticəsində tələfat olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG