Accessibility links

Əfqanıstan və Pakistan sərhəddə baş vermiş atışmanı araşdıracaq


Əfqanıstan və Pakistan prezidentləri qonşu ölkələr arasında artan gərginliyə səbəb olmuş sərhədyanı ərazidəki artilleriya atəşini araşdırmaq məqsədilə oraya birgə hərbi nümayəndələr göndərməyə razılaşıblar.

Əfqanıstan prezidenti Həmid Karzay və onun pakistanlı həmkarı Asif Əli Zərdari çərşənbə axşamı İslam Əməkdaşlıq Təşkilatının Məkkədə keçirilən sammiti çərçivəsində görüşüblər.

Prezident Karzayın idarəsi bildirib ki, Əfqanıstan lideri cənab Zərdaridən iki xalqın dostluğuna “çox mənfi təsir” göstərən əfqan torpağındakı atəşlərin dərhal dayandırılmasını xahiş edib.

Pakistan prezidentinin idarəsi bildirib ki, hər iki lider “regionda sülh və sabitliyə nail olmaq üçün bütün qrupların zorakılıqdan çəkindirilməsi və Əfqanıstandakı sülh prosesinə qoşulmasında” həmfikir olublar.

Cənab Zərdari Əfqanıstanın hərbi nümayəndələri ilə raket hücumlarının mümkün qədər tez müddətdə müzakirə edəcəyini deyib.
XS
SM
MD
LG