Accessibility links

Kabildəki partlayış nəticəsində 20 nəfər həlak olub


Əfqanıstanda paytaxtı Kabildə bu gün törədilən terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Reuters agentliyinin verdiyi məlumata görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi bildirib.

Son hesablamalara əsasən, Əfqanıstan parlamenti qarşısında törədilən partlayış zamanı 20 nəfər ölüb, 29 nəfər yaralanıb. Bundan əvvəl 10 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, “Taliban” silahlı qruplaşmasının partlayışda əli olduğu ehtimal edilir.

XS
SM
MD
LG